Naxçıvan milli mətbəxi
18 dekabr 2024-cü il tarixində "Naxçıvan ayı" layihəsi çərçivəsində məktəbimizdə maraqlı tədbir keçirildi.Tədbirdə X və XI peşə siniflərinin təqdimatında Naxçıvanın milli yeməkləri nümayiş etdirildi.
Sərgidə iştirak edən müəllimlər əvəlikli plov, qovurma plov, zirincli plov, noxud qovurması,Tərək halvası, düyü halvası Çoçə, Naxçıvan küftəsi, balqabaq halvası və şirniyyatı, Naxçıvan kətəsi və başqa təamlarla tanış oldular, dadına baxdılar.
Şagirdlərimizdən Elşadın və balaca Mələyin ifasında dahi şairimiz Naxçıvanda doğulmuş Hüseyn Cavidin "Gülbahar" əsəri canlandırıldı.
Tədbiri yüksək səviyyədə təşkil etdikləri üçün məktəbin direktoru Vasif Musayev peşə sinfinin qrup rəhbəri Badam Həsənovaya, ixtisas müəllimi Aynurə Ömərovaya və şagirdlərə təşəkkür etdi.
Tədbirin keçirilməsində məqsəd Naxçıvan mədəni irsi haqqında şagirdlərin maarifləndirilməsindən ibarət idi.