Dünya bizimlə gözəldir

   17 dekabr 2024-cü il tarixində  321 nömrəli tam orta məktəbdə Fəal Məktəb Birliyi və Nitq və Psixo-sosial inkişaf Mərkəzinin  birgə təşkilatçılığı ilə  autizm sindromlu uşaqların əl işlərindən ibarət sərgi təşkil edildi.

   Sərgidə  XI sinif şagirdimiz İsmayılov Kənanın da əl işləri nümayiş etdirildi.Xüsusi qayğıya ehtiyacı olan uşaqların bir-birindən maraqlı əl işləri və rəsmləri tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.Tədbirdə çıxış edən qonaqlar sərginin keçirilməsinə şərait yaratdığı üçün məktəbimizin rəhbərliyinə təşəkkürlərini bildirdilər.

   Məktəbin direktoru Vasif Musayev  ölkəmizdə bu kateqoriyadan olan insanlara diqqət və qayğıdan bəhs edərək, autizmli uşaqların cəmiyyətə inteqrasiyasında belə tədbirlərin ardıcıl və getdikcə daha əhatəli xarakter almasının əhəmiyyətini vurğuladı.

   Tədbirin keçirilməsində məqsəd autizmli uşaqların yaradıcı potensialının dəstəklənməsindən ibarət idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi