Qürurla anırıq
12 dekabr 2024-cü il tarixində Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş dəyirmi masa təşkil edildi.Dəyirmi masada çıxış edən tarix müəllimi Əliyeva İlahə ümummilli liderin zəngin siyasi təcrübəsindən, xalqımız və dövlətçiliyimiz uğrunda xidmətlərindən danışdı.Heydər Əliyevin xalqımıza bəxş etdiyi müstəqilliyimizin İlham Əliyev tərəfindən qorunması və gücləndirilməsi qeyd olundu.Azərbaycan dili müəllimi Gülər Səfərova bildirdi ki, Ulu öndər Heydər Əliyevin bütün sahələrdə olduğu kimi mədəniyyətin və incəsənətin inkişafinda da böyük rolu və əvəzsiz xidmətləri olmuşdur.Ana dilimizin bu günə qədər öz toxunulmazlığını qoruyub saxlaması bilavasitə ümummilli liderin azərbaycançılıq ideologiyası uğrunda apardığı mübarizənin nəticəsidir.