Zəfər bayramı
07 noyabr 2024-cü il tarixində 321 nömrəli tam orta məktəbdə "Zəfər Günü" tədbiri təntənəli şəkildə qeyd edildi.Şəhid ailələri və qazilərin iştirak etdiyi bayram tədbiri dövlət himni ilə başladı.Vətən şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra qonaqlar çıxış etdilər.
Şagirdlərimiz vətənimizi tərənnüm edən şeirlər soylədilər, mahnılar oxudular.Hərbi rəhbər Azər Verdiyevin başçılığı ilə yuxarı sinif şagirdləri "Şuşanın azad olunması" səhnəsini canlandırdılar.Düşmənlə döyüş və əsgərin şəhid olması səhnəsini canlandıran şagirdlərin çıxışını hər kəs maraqla qarşıladı.
Tədbirin sonunda şəhid anaları və qazilərimizlə xatirə şəkilləri çəkildi.Zəfər gününə həsr olunmuş əl işlərinə baxış keçirildi.