Gigiyena və düzgün qidalanma sağlamlığın əsasıdır

   Oktyabr ayının sonuncu həftəsində məktəbin psixoloqu K.Ağayeva və tibb bacısı Bəsirə xanım  7-ci sinif şagirdləri ilə maarifləndirici görüş keçirdi.K.Ağayeva bildirdi ki,şəxsi gigiyena qaydalarını bilməklə və onlara müntəzəm əməl etməklə bir çox xəstəliklərdən, bakteriya və infeksiyalardan, dəri problemlərindən uzaq olmaq olar.Şəxsi gigiyena qaydalarına saçların, dərinin və üzün, dişlərin, qulaqların, dırnaqların, ayaqların, yataq yerinin gigiyenası, əllərin təmizliyi, paltar və ayaqqabılara qulluq daxildir.

   Tibb bacısı Bəsirə xanım bildirdi ki, düzgün qidalanma sağlamlığın ən əsas göstəricilərindən biridir.Təsadüfi deyil ki, bir çox xəstəliklər düzgün qidalanmadıqda yaranır.Yeniyetmə yaşlarında olan uşaqlar tez-tez ayaqüstü yeməklər (məsələn, "fast-food" və ya "buterbrod" kimi), rəngli qazlı içkilər və s. istehlak edirlər. Bu, orqanizm üçün olduqca zərərlidir.Yeniyetmə yaşlarında olanlar çox hərəkətdə olduqları üçün onlarda enerji itkisi yüksək olur. Buna görə onlar da qida dəyərlərinə xüsusi yanaşmalıdırlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi