Könüllülük.Onun həyatımızdakı rolu və əhəmiyyəti

Azərbaycan Respublikası Gənclər Fondunun "İdeyanı reallaşdır 2023" fərdi qrant müsabiqəsinin qalibi olan "Gənclərin hüquq və sosial iş sahəsində biliklərinin artırılması" layihəsi çərçivəsində gənclərin hüquqi biliklərinin artırılması,sosial iş ixtisasl mövzusunda, həmçinin "Könüllülük fəaliyyəti", "Gənclər siyasəti" haqqında maarifləndirilməsi nəzərdə tutulmuşdur.Layihə çərçivəsində 321 nömrəli tam orta məktəbin 10-11-ci sinif şagirdləri ilə seminar keçirildi.Seminarda könüllülük nədir?, onun həyatımızdakı rolu və əhəmiyyəti, eləcə də sosial iş ixtisası haqqında məlumat verildi.