Effektiv müəllim-valideyn münasibətləri

   25 oktyabr 2024-cü il tarixdə məktəb rəhbərliyi 5-ci sinif valideynləri ilə görüş keçirdi.Məktəbin direktoru Vasif Musayev valideynləri salamlayaraq  öz övladlarının təhsil, davamiyyət və davranışları ilə  bağlı məsuliyyətli olduqları üçün onlara təşəkkürünü bildirdi.2024-2025-ci tədris ilinin başlamasından az müddət keçməsinə baxmayaraq artıq 5-ci sinif şagirdlərinin orta təhsil pilləsində inamla  irəlilədiklərini bildirdi.

   Daha sonra məktəbin psixoloqu Könül Ağayeva 5-ci sinif şagirdlərinin yeniyetməlik yaş dövrünə xas  xüsusiyyətləri haqqında danışaraq onlara həssaslıqla yanaşmanın vacibliyini qeyd etdi.

   Valideynlər onların övladları üçün yaradılan sağlam psixoloji mühit üçün məktəb rəhbərliyinə öz təşəkkürlərini bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi