18 oktyabr-Müstəqilliyimizin bərpası günü

   18 oktyabr 2024-cü il tarixində məktəbimizin bir qrup müəllim və şagird heyəti Qaradağ Rayon Mərkəzində 18 oktyabr-Müstəqilliyimizin bərpası gününə həsr olunmuş tədbirdə oldular.

   "Müstəqilliyin bərpasından Xankəndinə gedən uzun yol - artıq Azərbaycanın müstəqilliyi əbədi və dönməzdir" adlı təntənəli yığıncaq Qaradağ Rayon İcra Hakimiyyətinin və YAP Qaradağ Rayon Təşkilatının birgə təşkilatçılığı ilə keçirildi.Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək onun əziz xatirəsinə ehtiramlarını bildirmişdirlər.

   Tədbirdə çıxış edən natiqlər qədim və zəngin tarixə malik olan Azərbaycan Xalqının müstəqillik uğrunda uzun illər davam edən mübarizəsi haqqında ətraflı məlumat vermişdirlər.Ulu öndər Heydər Əliyevin bərpa etdiyi müstəqilliyimizi Prezident İlham Əliyev tərəfindən  bərpa edilən  ərazi bütövlüyümüzlə birlikdə bayram etmək bizə qürur verir.Tədbirin bədii hissəsində ana Vətənə, doğma yurda həsr olunmuş mahnılar və rəqslər təqdim edildi

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi