Su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə

17 oktyabr 2024-cü il tarixində X-XI sinif şagirdlərinin iştirakı ilə dəyirmi masa təşkil edildi."Su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə" mövzusunda keçirilən dəyirmi masada məktəbin direktoru Vasif Musayev, təşkilatçı Könül Musayeva, biologiya müəllimi Sevinc Rzayeva, coğrafiya müəllimi Vəliyeva Elvira iştirak edirdilər.Şagirdlər öz çıxışlarında həmçinin su ehtiyatlarının çirklənməsinin qarşısının alınması, sudan rasional istifadə, tullantı sularının idarə olunması sahəsində mövcud problemlərin aradan qaldırılması istiqamətində hər bir vətəndaşın məsuliyyət daşıdığını vurğuladılar.