Yeni tədris ili-Bilik günü
16 sentyabr 2024-cü il tarixində 321 nömrəli tam orta məktəbdə Bilik Gününə həsr olunmuş tədbir keçirildi.Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı.Daha sonra Vətənimizin bütövlüyü uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Məktəbin Təlim Tərbiyə işəri üzrə direktoru müavini, direktor səlahiyyətlərini icra edən Vasif Musayev tədbiri açıq elan edərək yeni tədris ilində hər kəsə uğurlar arzu etdi.Qaradağ rayon icra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi Fazil müəllim də müəllim və şagirdləri təbrik etdi.
Valideynlər adından çıxış edən şəhid məzunumuz Ələddin Xəlilovun anası Elnarə Xəlilova çıxışında övladının məktəb illərindən, döyüş yolundan qürurla danışdı.321 nömrəli məktəbin şagirdlərinə Ələddin kimi vətənpərvər olmağı arzuladı.
Bədii hissədə birincilər şeirlər söylədilər, mahnı oxudular.Tədbirin sonunda 2024-2025-ci tədris ilinin ilk zəngi çalındı.