Boğulma təhlükəsinə qarşı maarifləndirmə
14 may 2024-cü il tarixdə 7-10-cu sinif şagirdləri üçün boğulma təhlükəsinə qarşı maarifləndirmə tədbiri keçirildi.Tədbirdə çıxış edən hərbi rəhbər Azər Verdiyev suda boğulmanın səbəbləri barədə məlumat verdi.Bildirdi ki, insanların bədbəxt hadisələrlə üzləşdiyi məkanlardan biri də su kanallarıdır.Suyun axınının olduqca sürətli olduğu bu təhlükəli su obyektlərindən 10-15 yaşlı uşaqlar istifadə etməməlidir.Xəbərdarlıq nişanları, məhdudlaşdırıcı nişanlar, məlumatverici lövhələr barədə ətraflı məlumat verən A.Verdiyev bildirdi ki, vətəndaşlar özləri məsuliyyətli olmalı, xilasedicilər olmayan yerlərə üz tutmamalıdırlar.Azər müəllim daha sonra qanunvericiliyin tələblərinə görə qadağan edilən hallar barədə məlumat verdi.Tədbirin sonunda şagirdləri maraqlandıran sualları cavablandırdı.