Rəqəmsal bacarıqlar yarışması
14 may 2024-cü il tarixində 5-ci siniflər arasında rəqəmsal bacarıqlar üzrə bilik yarışı keçirildi.Yarışda şagirdlərin informatika elmi haqqında nəzəri bilikləri və rəqəmsal bacarıqları yoxlanıldı.Fasilələr zamanı 5-ci sinif şagirdləri informatika sahəsində olan alimlər haqqında məlumatlar, robot rəqsi, bilgisayar mahnısı və kompyuter qurğularına aid səhnəciklər nümayiş etdirdilər.Yarışda 5b sinfinin "Java" komandası 1-ci, 5a sinfinin "Assembly" komandası 2-ci, 5ç sinfinin "Python" komandası 3-cü yeri tutdular.Qalib komandalar diplomlarla təltif edildilər.Digər komandalara isə sertifikatlar təqdim edildi.