Sönməz günəşimiz
10 may 2024-cü il tarixində məktəbimizdə Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş" Xalqın parlaq günəşi" adlı tədbir keçirildi.Tədbirdə müəllimlər və yuxarı sinif şagirdləri iştirak edirdilər.Tədbirdə çıxış edən tarix müəllimi Nurəddin Hümmətov məruzəsində Heydər Əliyevin milli maraqlarımıza uyğun işləyib hazırladığı hərtərəfli və dayanıqlı sosial-iqtisadi inkişaf strategiyasından və onun uğurla reallaşdırılmasında göstərdiyi misilsiz və müstəsna xidmətlərdən, regionda sülhün, təhlükəsizliyin və tərəqqinin möhkəmlənməsinə, ölkəmizin siyasi və iqtisadi müstəqilliyinin gücləndirilməsinə hədəflənən məqsədyönlü, uzaqgörən və qətiyyətli siyasətindən bəhs edilmişdir. Eyni zamanda dahi şəxsiyyətin müəllifi olduğu neft strategiyasının ictimai həyatın bütün sahələrinin tərəqqisinə və sosial rifahın yüksəlməsinə verdiyi töhfələrdən danışılmışdır.Ulu öndər böyük işlər görməklə həm də siyasi mübarizə aparırdı və bu mübarizə düz 22 ildən sonra 1991-ci ildə uğurla başa çatdırıldı, Azərbaycan dövlət müstəqilliyini bərpa etdi. Respublikamız ümummilli liderin rəhbərliyi və müdrik siyasəti sayəsində böyük bir inkişaf dövrünə qədəm qoyaraq həm ideoloji mübarizədə qalib gəldi, həm də bütün sahələrdə inkişaf etdi. Eyni zamanda xalqın xoşbəxt, parlaq gələcəyinin təməli qoyuldu.Xalqımızın yekdil çağırışı ilə ulu öndər hakimiyyətə qayıtdıqdan sonra Azərbaycana rəhbərlik etdiyi illər ərzində dövlətimizin, xalqımızın ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatında çox mühüm hadisələr baş verdi. Bu müddətdə ölkəmizin böyük inkişaf yolu keçdiyi danılmazdır.
Ümummilli lider üçün hər şeydən önəmli Azərbaycan xalqı idi.O, özü də hər dəfə bu kəlmələri yorulmadan, tükənmədən qeyd edirdi: "Mənim üçün dünyada ən əziz olan mənim xalqımdır, torpağımdır, vətənimdir". Ulu öndərin bu sevgisi əməlləri ilə bir daha təsdiq olundu. Bitməz-tükənməz, sonsuz vətən sevgisinin əsas qayəsi, məğzi Azərbaycanın müstəqilliyi, xalqın azadlığı, istiqlaliyyəti idi.
Qeyd edilmişdir ki, hazırda Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi-iqtisadi kursu müasir dövrün tələblərinə uyğun uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz dünyada mövqelərini daha da möhkəmləndirmiş və regionda lider dövlətə çevrilmişdi.