Ulu Öndər Heydər Əliyev 101-dəyirmi masa

   Azərbaycan dili və ədəbiyyat müəllimi Nağılı Lalə 10a sinif f şagirdləri ilə dəyirmi masa təşkil etdi.Lalə müəllimə şagirdlərə ulu öndərlə bağlı xatirələrini danışdı.Bildirdi ki, Heydər Əliyev  güclü siyasi lider, görkəmli dövlət xadimi olub.Heydər Əliyevin ən böyük xidmətlərindən biri də Azərbaycan dilinə göstərdiyi diqqətdir.O, dilimizin söz ehtiyatlarına, fikri ifadə etmək imkanlarına görə zəngin olduğunu dəfələrlə qeyd etmiş, ana dilimizi müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvəti kimi dəyərləndirmişdir.“Hər bir xalqın milliliyni, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur”.Ulu Öndərin bu müdrik sözləri ana dilini sevmək, dəyərləndirmək və təbliğ etmək istiqamətində bir çağırışdır.

   Heydər Əliyev respublikaya rəhbərlik etdiyi dövrdə ölkənin prioritet sahələrindən biri olan təhsilin davamlı inkişaf etdirilməsinə, onun forma və məzmununun yenilənməsinə, təlim-tərbiyə prosesinin təkmilləşdirilməsinə, gənc nəslin tələblərə müvafiq yüksək səviyyədə formalaşdırılmasına, təhsil islahatlarının həyata keçirilməsinə də diqqət göstərmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi