Dini fanatizm, radikalizm və ekstrimizmin mahiyyəti və fəsadları

   25 aprel 2024-cü il tarixində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qaradağ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə məktəbimizdə “Dini fanatizm, radikalizm və ekstrimizmin mahiyyəti və fəsadları” mövzusunda tədbir keçirildi.Tədbirdə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin, Qaradağ Rayon İcra Hakimiyyətinin, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları, rayonun din xadimi, müəllimlər və şagirdlər iştirak edirdi.

Çıxışlar zamanı dini fanatizm, radikalizm və ekstremizmin yaratdığı fəsadlar və  onların təhlükəsi haqqında ətraflı məlumat verildi. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət-din münasibətlərinin bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırıldı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanların mehriban və qarşılıqlı hörmət şəraitində yaşadığı, respublikamızın dünyada tolerantlıq və multikulturalizm nümunəsinə çevrildiyi qeyd olundu.
   Tədbir iştirakçıları milli-mənəvi və islami dəyərlərdən söhbət açmaqla yanaşı bildirdilər ki, dini radikalizm və xurafat cəmiyyətin inkişafına mane olur və onların da qarşısının alınması maarifləndirmədən, islamı düzgün formada, olduğu kimi cəmiyyətə çatdırmaqdan asılıdır. Dini ekstremizm, fanatizm və xurafat arasında ciddi fərq olmadığını deyən çıxışçılar bu məfhumların mahiyyət etibarilə eyni dərəcədə zərərli olduğunu vurğuladılar.        
   Sonda müəllim və şagirdləri maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi