11 ci siniflər Gənclər Gününü qeyd etdilər
Bu gün Gənclər Günü münasibəti ilə əlaqədar məktəbdə tədbir keçirilmişdir.Tədbirdə çıxış edən məktəbin direktoru Ceyran Bayramova gəncləri bu gün münasibətilə təbrik etmiş, cıxış edərək 1997-ci ildən başlıyaraq hər il 2 fevralın Azərbaycanda Gənclər günü kimi qeyd olunduğunu bildirib, şagirdlərə "Gənclər siyasəti haqqında" Azərbaycan Respublikası qanunu haqqında məlumat vermişdir. Ulu öndər Heydər Əliyevin 1997-ci il fevralın 1-də 2 fevral Azərbaycan Gəncləri gününün elan edilməsi haqqında sərəncam imzaladığını şagirdlərin nəzərinə çatdırmışdır. .Tədbirdə 321№-li məktəbin 11 -ci sinif şagirdləri xüsusilə fəal iştirak etmişlər.Belə tədbirlərin keçirilməsi şagirdlərimizin dövlətçiliyə bağlı intelektual,yüksək dünya görüşlü bir vətəndaş kimi formalaşmasına təkan verir.