Düşünən oxucu
21 yanvar 2022-ci il tarixdə X sinif şagirdi Bəhramova Zeynəb və VII sinif şagirdləri Abdullazadə Aysel və Süleymanlı Əsmayə "Düşünən oxucu" adlı müsabiqədə iştirak etdilər.Hər biri oxuduğları bir əsər haqqında hazırladıqları təqdimatları layihədə nümayiş etdirdilər."Düşünən oxucu" müsabiqəsi şagirdlərin mütaliə və müstəqil öyrənmə bacarıqlarının təkmilləşdirilməsi, onlarda tənqidi, məntiqi və yaradıcı təfəkkürün inkişafı, rəy bildirmə mədəniyyətinin formalaşdırılması məqsədilə təşkil olunmuşdur.