Beş yaşlılarımızın məktəb hazırlığı

Hər bir şəxsin həyatının unudulmaz anlarından biri məhz məktəbə ilk qədəm qoyduğu vaxtlardır.Məktəb həyətinə girişi,bir məktəbli kimi sinfə daxil olması və ilk müəllimi ilə tanışlığı onun uşaqlıq çağlarından şəxsiyyət kimi formalaşmasının ilkin mərhələsidir.Yəni 2021-2022-ci tədris ilinin oktyabr ayından növbəti beş yaşlı qruplarımız öz işinə başladı.Balacalara dinləmə mədəniyyətini,müraciət etmə formasını öyrədən və aşılayan məktəbəhazırlıq müəllimlərimiz həftədə 4 gün olmaqla 12 saat dərs keçirlər.Uşaqlara dərs zamanı mövzu ilə əlaqədar müxtəlif növ slaydlar təqdim olunur,izlədilir,onların müəllim ilə birlikdə müzakirələrdə iştirakı təmin edilir.Məktəbəhazırlıq qrupun müəllimləri H.Ülviyyə,H.Məlahət,S.Nuranə,C.Ülviyyə şagirdlərinə "Zəfər ili"nin rəmzi olan Xarı bülbül rəsmini rəngləməyi tapşırdılar.Beş yaşlılar böyük həvəslə "Xarı bülbülü" rənglədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi