Anım Günü
Sentyabrın 27-si ölkəmizdə Qarabağ şəhidlərinin Anım günü kimi qeyd olundu.Respublikamızın hər yerində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Bakıda cənab prezidentin iştirakı ilə anım yürüşü keçirildi.Bütün tədbirlər bir daha sübut etdi ki, vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlarımızın əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır.Ölkənin hər yerində olduğu kimi Qaradağ rayonunun Qobustan qəsəbəsində də 27 sentyabr Anim günü böyük qürur hissi ilə qeyd edildi.321 saylı orta məktəbin müəllim və şagird heyəti məktəbdə tədbir keçirtdikdən sonra məktəbin ibtidai sinif müəllimi Mehdiyeva Səbinə və rəhbəri olduğu 2a sinif şagirdləri qəsəbə şəhidlərinin məzarını ziyarət etdi.Ziyarət zamanı məktəbimizin şəhid məzunu Ələddin Xəlilovun və digər şəhidlərin məzarına gül dəstələri qoyuldu,ruhuna dualar oxundu.Şagirdlər vətənpərvərlik ruhunda şeirlər səsləndirdi.Tədbirdə Qaradağ rayon İcra hakimiyyətinin başçısı S.Süleyman və şəhid ailələri də iştirak etdi.