Xocalı faciəsi
Bu il Xocalı soyqırımının 29-cu ildönümüdür.1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərində Ermənistan Silahlı Qüvvələrinin bölmələri 366-cı motoatıcı alayının köməyi ilə Xocalı soyqırımını törədib.İnsanlığa qarşı törədilmiş bu dəhşətli cinayət Ermənistanın o vaxtkı siyasi rəhbərliyi tərəfindən təşkil olunub.29 il əvvəl törədilmiş Xocalı soyqırımı zamanı mühasirədə olan şəhərin dinc əhalisi üzərinə ağır nizami texnika yeridilib.Yerli əhali xüsusi qəddarlıqla qətlə yetirilib.
Bu il də 321 nömrəli tam orta məktəbin şagirdləri Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etdilər,hazırladıqları kompozisiyaları təqdim etdilər.Şagirdlərimiz bildirdilər ki, Xocalı faciəsi qurbanlarının və bütün şəhidlərimizin qisası alınmışdır.2020-ci ilin noyabr ayında Ali baş komandan İlham Əliyev rəşadətli ordumuzun tam qələbəsini elan etdi.Qalib xalqın qalib ordusu düşməni məhv edərək,işğal altındakı torpaqlarımızı azad etdi.Bundan sonra xalqımız zəfər günümüzü qeyd edərkən Xocalı qurbanlarının ruhu da bizimlə olacaq.