"AÇIQ DƏRS"
Fevralın 20-də Əhmədova Nəzakət müəllim "Elektrik yüklərinin qarşılıqlı təsiri-Kulon qanunu" mövzusunda 8c sinfində açıq dərs keçirdi.Qoyulan standartların məqsədi sükunətdə olan iki nöqtəvi yükün vakumda qarşılıqlı təsir qüvvəsi, yüklərin moduları hasili və onlar arasındakı məsafənin kvadratı ilə necə asılı olmasını öyrənməkdir.Kulon,Tomson,Faradey və Rezerford qruplarına məsələlər təqdim olundu.Qruplar məsələlərin həllini təqdim etdilər.Açıq dərs dinləməsində iştirak edən müəllimlər dərsi təhlil etdilər.