"Şagirdlərin fərdi inkişaf dinamikasının izlənilməsi" layihəsi
Dekabrın 5-də BŞTİ-nin əməkdaşları yenidən məktəbimizdə qonaq oldular.Risk qrupuna daxil olan təhsilalanların valideynləri ilə təşkil olunan görüşdə bir çox vacib məqamlar ətrafında fikir mübadiləsi aparıldı.Valideynlər məktəb rəhbərləri və müəllimləri tərəfindən risk qrupuna daxil olan şagirdlər üçün hazırlanmış təlimlərin təşkilinə münasibətlərini bildirdilər.Daha sonra "Şagirdlərin fərdi inkişaf dinamikasının izlənilməsi " layihəsinin I mərhələsinin nəticələri təhlil edildi.Sinif rəhbərlərinə "Şagirdlərin fərdi inkişaf dinamikasının izlənilməsi " sorğularının işlənməsi yönündə lazımi tövsiyyələr verildi.