PEDAQOJİ ŞURA İCLASI KEÇİRİLDİ.
20.12.2024-cü il tarixində məktəbin illik fəaliyyət planına uyğun olaraq 2024-2025-ci tədris ilinin ikinci Pedaqoji Şura iclası keçirildi.
Aşağıdakı məsələlər müzakirə olundu:
Məktəbdə şagird təhlükəzliyini təmin etmək üçün nəzarətin, növbətçiliyin gücləndirilməsi;
2024-2025-ci tədris ilinin sentyabr, oktyabr , noyabr aylarında pedaqoji kollektiv tərəfindən görülən işlərin müzakirəsi;
İbtidai siniflərdə tədrisin monitorinqinin müzakirəsi,
IX siniflərdə buraxılış imtahanı olan fənnlərin tədrisinin müzakirəsi;
2024-2025-ci tədris ilinin sentyabr, oktyabr, noyabr aylarında müəllim və şagirdlərin nizam- intizam qaydalarının , dərsə davamiyyətinin nəticələrinin müzakirəsi;
Məktəb inventarlarının qoruması ilə bağlı görülən işlərin müzakirəsi;
Sinif rəhbərlərinin fəaliyyətinin müzakirəsi.
Gündəlikdə duran məsələlər barədə məruzələr dinlənildi.
Sonda məktəbin direktoru Sevinc Niftiyeva çıxış edərək qarşıdan gələn bayramlar münasibətilə təbrik etdi. Və məktəbin uğurlu fəaliyyətində komandanın və pedaqoji heyətin birgə əməkdaşlığının vacibliyini bildirdi.