Psixoloqun "Məktəbdə düzgün davranış və Təhlükəsiz məktəb "adlı təlimi.

Təhlükəsiz məktəblər şagirdlərin, müəllimlərin və məktəb kollektivinin digər üzvlərinin özlərini fiziki, psixoloji və sosial baxımdan tam azad hiss etdikləri yerlərdir. Təhsil müəssisələrində kollektiv və təhsilalanlar zaman-zaman fiziki, mexaniki, bioloji və kimyəvi təhlükələrlə qarşılaşa bilərlər. Bir məktəbi təhlükəli və ya təhlükəsiz olaraq adlandırmaq çətindir. Həmin məktəbin nə qədər təhlükəsiz olduğunu ölçmək olar. Məktəbin təhlükəsizliyini qiymətləndirmək təfərrüatlı bir tədqiqat tələb edir. Çünki təhlükəsiz məktəb çoxşaxəli bir anlayışdır.Təhlükəsiz məktəb anlayışı şiddət və zorakılıq, narkotik maddələrdən istifadə və asılılıq, cinsi istismar, zorlama, qapalı məkan hava kirliliyi (Indoor Air Pollution), radioaktiv şüalanma və təbii fəlakətlər, zəlzələ, sel və yanğın kimi bir çox məsələləri ehtiva edir. UNICEF məktəblərdə şiddəti qlobal bir problem kimi qiymətləndirir.Məktəblərdəki şiddətin əsaslı şəkildə önünə keçməyin yolu müsbət məktəb iqliminə sahib olmaqdan keçir. Yeniliyə açıq və etibarlı məktəblərin ən böyük özəlliyi müsbət məktəb iqliminə sahib olmasıdır. Məktəb iqlimi şagirdlərin davranışlarına istiqamət verməklə bərabər, məktəb işçilərinin o məktəbə olan bağlılıqlarının artmasına və ya azalmasına da təsir göstərir. Müsbət məktəb iqlimi şagirdlərdə müşahidə edilən fiziki və duyğusal davranış pozuntularının azalmasında ən təsiredici komponentdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi