Hörmətlə və böyük ehtiramla anıldı.
Bu gün müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyası xadim, xalqımızın Ümumimilli Lideri Heydər Əliyevin vəfatından 21 il keçir. Bununla əlaqədar bu gün 320 nömrəli tam orta məktəbin kitabxanasında dəyirmi masa keçirildi. Dəyirmi masada məktəbin direktor müavinləri Əlirzayeva Ofelya , Zamanov Qafur, kitabxana müdiri Əliyeva Şəfəq kitabxanaçı Adgözəlova Kamilə, məktəbin IX sinif şagirdləri çıxışlar etdilər. Ulu Öndərin şanlı həyat yolu haqqında danışıldı, onun əziz xatirəsi dərin hörmətlə və ehtiramla anıldı.