Psixoloqun "Şagirdlər arasında zorakılıq" adlı təlimi
Hər birimiz məktəbdə oxuduğumuz illərdə kimlərinsə zorakılıqdan əziyyət çəkdiyinin şahid olmuşuq. Məktəb şagirdlərə akademik bilik verməklə yanaşı, özünə və başqalarına hörmətlə yanaşmağı formalaşdıran bir mərkəzdir. Hər bir uşağın və gəncin təhlükəsiz məktəb şəraitində təhsil hüququ vardır. Ancaq məktəblərdə baş verən zorakılıq faktları bu təhlükəsiz şərait anlayışına uyğun gəlmir. Məktəbdə baş verən zorakılıq hər hansı bir təhrik edici ünsür olmadan qeyri-bərabər gücə sahib olan uşaqlardan güclünün zəif olan qarşı tərəfdə qorxu, qayğı yaratmaq və ona zərər vermək məqsədi ilə qəsdən, müəyyən zaman aralıqları ilə təkrarlanan şəkildə əl atdığı fiziki və psixoloji istismarı əhatə edir. Bu məqsədlə də məktəbin psixoloqu M.Əfsanə 8-9 -cu siniflərlə maarifləndirici təlim keçmişdir.