"Kiçik Akademiya" üzvləri arasında tədqiqatçılıq müsabiqəsinin məktəbdaxili turu

“Kiçik Akademiya” yaradıcılıq və elmi-tədqiqat işlərinə meyil və maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin üzvlüyü əsasında təhsil müəssisələrində yaradılan ictimai birlikdir. “Kiçik Akademiyanın”nın təşkilində əsas məqsəd yerli və respublika səviyyəsində istedadlı uşaq və gənclərlə aparılan işlərin tənzimlənməsinə, bu sahədə səmərəli fəaliyyət mexanizmi yaradılmasına köməklik göstərməkdən, şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşması ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsini təmin etməkdən ibarətdir. M.Rüstəmov adına 32 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya” elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarır, mövcud yaradıcılıq potensialları nəzərə almaqla onların gələcək peşə istiqamətlərini müəyyənləşdirməsində böyük rol oynayır, şagirdlərdə elmi yaradıcılığa maraq yaradır, onların tədqiqatçılıq bacarıqlarını inkişaf etdirir. Dekabrın 4-də "Kiçik Akademiya" üzvləri arasında tədqiqatçılıq müsabiqəsinin məktəbdaxili turu keçirildi. Əl işləri arasından 8 "c" sinif şagirdi Məmmədli Fidan Mənsur qızının əl işi ən yaxşı araşdırma işi seçilərək ikinci mərhələyə təqdim olundu. Seçilən əl işində dövlətimizin əsas atributu olan bayraq təbiətlə əlaqələndirilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi