Kiçik Akademiya

"Kİçik Akademiya" üzvlərinin I ümumşəhər onlayn konfransı   23 dekabr 2021-ci il tarixində "Kİçik Akademiya" üzvlərinin I ümumşəhər konfransı onlayn qaydada keçirildi. "Kiçik Akademiya"nın bu tədbirində Nizami rayon M.Rüstəmov adına 32 nömrəli tam orta məktəbin direktoru S.Abdullayeva, MKA-nın rəhbəri i.Hüseynova, bölmə rəhbəri V.Alıyeva, "Sabahın alimləri" müsabiqəsinin iştirakçıları Lalə Məhərrəmli, Akif Əliyev, sərgidə iştirak edən şagirdlərimiz Şahməhəmməd Məmmədli, Nail Rüstəm iştirak etdilər. 10 b sinif şagirdi Lalə Məhərrəmli "Xərçəng xəstəliyinin diaqnozu və proqnozlaşdırılmasında genom tədqiqatların rolu" mövzusunda konfransda çıxış etdi.

Ətraflı

Şagirdimiz Nizami Gəncəvinin məqbərəsinin maketini hazırlamışdı2021-ci ildə dahi şairimiz Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibəti ilə bu ili ölkəmizdə Azərbaycan Respublikaının Prezidenti cənab İlham Əliyev “Nizami Gəncəvi İli” olaraq elan etmişdir. Bakı şəhər Nizami rayonu M.Rüstəmov adına 32 saylı tam orta məktəbin 6-cı sinif şagirdi Həsənova Təranə Nizami Gəncəvi məqbərəsini həm TİNKERCAD proqramında,həm də maketini hazırlamışdır.Məktəbimizin STEAM müellimi Zeynalova Ülfət bundan sonrada şagirdlərə yeni –yeni lahiyələr işləməyi arzulayır.Arzu edek ki Təranə kimi şagirdlərin sayı məktəbimizdə çox olsun

Ətraflı

Şagirdlərimiz STEAM dərsində dronla işləyərkənBizim məktəbimiz müasir texnalogiyalarla tam təhciz olunmuşdur.Bu da şagirdlərimizin dünyagörüşlərinin daha da inkişaf etməsinə müsbət təsir göstərir.Pandemiya dövründə dərslər qismən bərpa olunduqda da şagirdlərimizin STEAM dərsinə maraqları heş bir vaxt azalmamışdır.Şagirdlərin bu fənnə marağı böyükdür. Torpaqlarımız mənfur düşməndən azad olundu.Bu bizim ən gözəl qələbəmiz oldu.Qarabağımızın mənfur düşməndən təmizlənməsində dronların böyük rolu olduğunun bir daha şahidi olduq.Bu bizim şagirdlərin də dronların öyrənməsi və onlarla işləməsinə böyük təsiri olmuşdur.

Ətraflı

7 "a" sinif şagirdi Şahməhəmmədin düzəltdiyi robot"Kiçik akademiya" istedadlı şagirdlərin aşkarlanaraq üzə çıxarılmasında böyük rol oynayır. Belə istedadlı şagirdlərdən biri də 7 "a" sinif şagirdi Məmmədli Şahməhəmməd Hümmət oğludur. Yaradıcı qabiliyyətə malik olan Şahməhəmmədin əl işi onun düzəltdiyi robotdur. O elektrik enerjisini mexaniki enerjiyə çevirərək düzəltdiyi cihazı hərəkətə gətirmişdir.

Ətraflı

"Kiçik Akademiya" üzvləri arasında tədqiqatçılıq müsabiqəsinin məktəbdaxili turu“Kiçik Akademiya” yaradıcılıq və elmi-tədqiqat işlərinə meyil və maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin üzvlüyü əsasında təhsil müəssisələrində yaradılan ictimai birlikdir. “Kiçik Akademiyanın”nın təşkilində əsas məqsəd yerli və respublika səviyyəsində istedadlı uşaq və gənclərlə aparılan işlərin tənzimlənməsinə, bu sahədə səmərəli fəaliyyət mexanizmi yaradılmasına köməklik göstərməkdən, şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşması ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsini təmin etməkdən ibarətdir. M.Rüstəmov adına 32 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya” elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarır, mövcud yaradıcılıq potensialları nəzərə almaqla onların gələcək peşə istiqamətlərini müəyyənləşdirməsində böyük rol oynayır, şagirdlərdə elmi yaradıcılığa maraq yaradır, onların tədqiqatçılıq bacarıqlarını inkişaf etdirir. Dekabrın 4-də "Kiçik Akademiya" üzvləri arasında tədqiqatçılıq müsabiqəsinin məktəbdaxili turu keçirildi. Əl işləri arasından 8 "c" sinif şagirdi Məmmədli Fidan Mənsur qızının əl işi ən yaxşı araşdırma işi seçilərək ikinci mərhələyə təqdim olundu. Seçilən əl işində dövlətimizin əsas atributu olan bayraq təbiətlə əlaqələndirilmişdir.

Ətraflı
HAQQIMIZDA

Bakı şəhəri Nizami rayonu Milli Qəhrəman M.Rüstəmov adına 32 nömrəli tam orta məktəb 1963-cü ildən fəaliyyət göstərir. Hal-hazırda məktəbdə 1808 şagird təhsil alır, 49 sinif komplekti var. Məktəbdə təlim Azərbaycan və rus dilləri...

BİZİM FƏXRLƏRİMİZ

Elxan Heydərli Cəbrayıl

Səbinə Abbasova Elbəyi

HAQQIMIZDA

Bakı şəhəri Nizami rayonu Milli Qəhrəman M.Rüstəmov adına 32 nömrəli tam orta məktəb 1963-cü ildən fəaliyyət göstərir. Hal-hazırda məktəbdə 1808 şagird təhsil alır, 49 sinif komplekti var. Məktəbdə təlim Azərbaycan və rus dilləri...

BİZİM FƏXRLƏRİMİZ

Elxan Heydərli Cəbrayıl

Səbinə Abbasova Elbəyi

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi