"Kİçik Akademiya" üzvlərinin I ümumşəhər onlayn konfransı

23 dekabr 2021-ci il tarixində "Kİçik Akademiya" üzvlərinin I ümumşəhər konfransı onlayn qaydada keçirildi. "Kiçik Akademiya"nın bu tədbirində Nizami rayon M.Rüstəmov adına 32 nömrəli tam orta məktəbin direktoru S.Abdullayeva, MKA-nın rəhbəri i.Hüseynova, bölmə rəhbəri V.Alıyeva, "Sabahın alimləri" müsabiqəsinin iştirakçıları Lalə Məhərrəmli, Akif Əliyev, sərgidə iştirak edən şagirdlərimiz Şahməhəmməd Məmmədli, Nail Rüstəm iştirak etdilər. 10 b sinif şagirdi Lalə Məhərrəmli "Xərçəng xəstəliyinin diaqnozu və proqnozlaşdırılmasında genom tədqiqatların rolu" mövzusunda konfransda çıxış etdi.