HAQQIMIZDA

Bakı şəhəri Nizami rayonu Milli Qəhrəman M.Rüstəmov adına 32 nömrəli tam orta məktəb 1963-cü ildən fəaliyyət göstərir. Hal-hazırda məktəbdə 1808 şagird təhsil alır, 49 sinif komplekti var. Məktəbdə təlim Azərbaycan və rus dillərində aparılır. Məktəbdə İki xarici dil – ingilis və rus dilləri tədris edilir. Məktəb 5 günlük iş rejimində, 2 növbədə işləyir. Şagirdlərin təlim-tərbiyəsi ilə 106 müəllim məşğul olur. 2012/2013-cü tədris ilində məktəbin 2 nəfər müəllimi “Əməkdar müəllimi", 6 nəfər isə "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülmüşdür. Məktəb 2008-2009 və 2012-2013-cü tədris illərində “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 10 sentyabr 2014-cü il tarixdə məktəbin əsas tədris binasında təmirdən sonra yaradılan şəraitlə tanış olmuşdur. 14 sentyabr 2016-cı ildə isə məktəbin ikinci tədris korpusu istifadəyə verilmişdir. Açılış mərasimində dövlət başçısı Prezident İlham Əliyev iştirak etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi