FƏXRİMİZ

Milli qəhrəmanımız Rüstəmov Məzahir İzzət oğlu

       Nizami rayonunda yerləşən  32 nömrəli tam orta məktəb Milli  Qəhrəman  Məzahir Rüstəmovun  adını daşıyır.

       Rüstəmov Məzahir İzzət oğlu 2 mart 1960-cı ildə Bakı şəhərindəə ziyalı ailəsində dünyaya gəlmişdir. 1977-ci ildə Nizami rayonunda yerləşən 32 nömrəli tam orta məktəbi bitirmişdir. 1978-ci il Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşdur. 1983-cü ildə təhsilini fərqlənmə diplomu ilə başa vurur. 1986-cı ildən Azərbaycan Memarlııq və İnşaat Mühəndisləri İnstitutunun fəlsəfə kafedrasında baş laborant vəsifəsində işləməyə başlayır. 1990-cı ildə Dövlət Mətbuat Nazirliyində "Xarici ölkələrlə kitab əlaqəsi şöbəsi"nin müdiri vəzifəsində çalışmışdır. Azğınlaşmış erməni yaraqlılarının Azərbaycan torpaqlarını işğal etməsi, dinc sakinlərin min bir vəhşiliklərlə qətlə yetitilməsi Məzahiri narahat edirdi. Daima Vətən, torpaq, qeyrət, namus hissləri ilə yaşayan cəsur Məzahir 1992-ci il 23 mart tarixində könüllü olaraq Milli Orduya yazılır. Məzahir Şınıx cəbhəsinə gəlir və komandir müavini vəzifəsinə təyin edilir. 1992-ci il avqustun  6-da ermənilərin hücumuna məruz qalaraq son nəfəsinədək vuruşan  Məzahir Rüstəmov həlak olur. Məzahir Rüstəmov ailəli idi və bir qızı var. Azərbaycan Respublikası prezidentinin 5 fevral 1993- cü il tarixli 457 saylı fərmanı ilə Rüstəmov Məzahir İzzət oğlu “ Azərbaycan  Milli Qəhrəmanı” adına layiq görülüb və Şəhidlər xiyabaninda dəfn edilib.

      Hər il 2 mart tarixində Məzahir Rüstəmovun adını daşıyan 32 nömrəli tam orta məktəbdə böyük tədbir keçirilir və Milli Qəhrəmanın xatirəsi yad edilir. Valideynləri, qohumları, həyat yoldaşı, qızı həmişə bu tədbirlərdə iştirak edirlər. Məktəbin rəhbəri, müavinlər, müəllimlər, şagirdlər Şəhidlər xiyabanına  gedərək  Milli Qəhrəman Məzahir Rüstəmovun məzarını ziyarət edirlər. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi