10-cu sinif şagirdi Rüstəm Məmmədovun uğuru

2019-cu ilin 22, 23 və 24 noyabrında Azərbaycanda keçirilən modellik və aktyorluq müsabiqəsində 318 nömrəli məktəbin 10-cu sinif şagirdi Rüstəm Məmmədov da iştirak etmişdir. Rüstəm il ərzində modellik və aktyorluq sahəsində uğurlu fəaliyyətinə görə BFF assosiasiyasının qərarı ilə mükafatlandırılmışdır. Rüstəmin uğurları bununla bitmir. O, “Star Kids Group MMC” şirkətinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə keçirilən “Azerbaijan Kids Fashion Week 2018” uşaq moda nümayişində qeyri-adi bacarığına, istedadına görə sertifikatla təltif olunmuşdur. 2019-cu ildə Azərbaycanda keçirilən ölkədaxili uşaq gözəllik müsabiqəsində fəal iştirakına, istedad və bacarığına, qazandığı uğura görə diplomla təltif olunmuşdur.
Model Rüstəm Məmmədov "Xəzər" televiziya kanalında nümayiş olunan “İmtahan" serialına, "ARB" televiziya kanalında isə nümayiş olunan "Könül yarası" serialına çəkilərək aktyorluq bacarığını da uğurla nümayiş etdirmişdir.