Məktəb həyətinin yaşıllaşdırılması ilə bağlı maarifləndirici tədbir keçirilib

318 nömrəli tam orta məktəbin Uşaq Birliyi rəhbəri məktəb həyətində şagirdlərlə birgə yaşıllaşdırma mövzusunda maraqlı və faydalı söhbət aparıb. Tədbirdə şagirdlərə təbiətin qorunmasının vacibliyi, ağacların və bitkilərin ətraf mühitə təsiri barədə ətraflı məlumat verilib. Uşaqlar həmçinin məktəb həyətinin daha yaşıl və təmiz olması üçün öz fikirlərini bildiriblər, yeni ağac və çiçək əkmək barədə təşəbbüslər səsləndiriblər.

Şagirdlər həm də tullantıların düzgün idarə olunması, təkrar emal və ətraf mühitin qorunması barədə suallar verib, maraqlı fikirlərini bölüşüblər.

Tədbirin sonunda uşaqlara təbiəti sevmək, qorumaq və gələcək nəsillərə sağlam və təmiz ətraf mühit təqdim etmək barədə önəmli mesajlar verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi