“Təbii sərvətlər bizim əlimizdədir” mövzusunda maarifləndirici söhbət aparılıb

Məktəbin coğrafiya müəllimi Cəlalə Yolçuyeva “Təbii sərvətlər bizim əlimizdədir” mövzusunda şagirdlərlə həm sinifdə, həm də məktəb həyətində maraqlı və maarifləndirici söhbətlər aparıb. Müəllim təbii sərvətlərin insan həyatı üçün əhəmiyyətini vurğulayıb, onların qorunmasının hər birimizin məsuliyyəti olduğunu izah edib.
Şagirdlər su, torpaq, meşə və digər sərvətlərin düzgün istifadəsi ilə bağlı fikirlərini bölüşüb, ətraf mühitin mühafizəsi ilə bağlı suallar veriblər. Açıq havada keçirilən bu dərs onlarda mövzuya daha dərindən yanaşma və təbiətə qayğı hissi yaradıb.