Məktəbdə "Son zəng" tədbiri keçirildi

Hər il olduğu kimi məktəbimizdə ənənəvi "Son zəng" tədbiri böyük təntənə ilə qeyd olundu. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, valideynlər və məzunlar iştirak etdilər. Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.

Məktəbin direktoru çıxış edərək məzunları təbrik etdi, onlara gələcək həyatlarında uğurlar arzuladı. Direktor, həmçinin onların qazandıqları bilik və təcrübənin gələcək uğurlarının təməli olacağını vurğuladı.

Tədbir zamanı şagirdlər maraqlı səhnəciklər nümayiş etdirdilər, vətənə və müəllimlərə həsr olunmuş şeirlər söylədilər. Musiqi sədaları altında rəqs nömrələri təqdim olundu, məzunların duyğulu çıxışları isə tədbirə xüsusi ab-hava qatdı.

Tədbirin sonunda məktəbin həyətində ənənəvi "son zəng" səsi səsləndi. Bu zəng məzunlar üçün uşaqlıq illərinə vida, yeni həyata isə ilk addım oldu (https://youtu.be/uq2Y1CWPbkg).

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi