Kiçik Akademiya

Kiçik Akademiyanın növbəti tədbiri keçirildiBu gün məktəbdə "Kiçik Akademiya"nın növbəti tədbiri keçirildi. Tədbirdə rəhbərlik, pedaqoji heyət və akademiyanın üzvləri iştirak etdilər. Şagirdlər öz tədqiqat işlərini təqdim etdilər.

Ətraflı

Kiçik AkademiyaGənc istedadlara qayğı, onların istedadlarının yönləndirilməsi, daha da inkişaf etdirilməsi təhsilin prioritet sahələrindən biridir. Ölkə səviyyəsində şagirdlər arasında müxtəlif sahələrə həsr edilən yaradıcılıq müsabiqələri, yarışlar, fənn olimpiadalarının keçirilməsi ilə yanaşı “Kiçik Akademiya”ların yaradılması istedadlı və elmi-tədqiqat fəaliyyətinə meyilli olan uşaqların aşkarlanmasında, onların gələcək yaradıcılıq işlərinə yardım göstərilməsində mühüm əhəmiyyət kəsb edir. 318 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya” özündə humanitar, təbiət, texniki, fizika, riyaziyyat kimi elmi sahələrə maraq göstərən şagirdləri birləşdirir. Bu birliyin əsas məqsədi elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, mövcud yaradıcılıq potensialları nəzərə almaqla onların gələcək peşə istiqamətlərini müəyyənləşdirmək, şagirdlərdə elmi yaradıcılığa maraq yaratmaq, elmi dünyagörüş formalaşdırılması istiqamətində sistemli iş aparmaq, onların tədqiqatçılıq bacarıqlarını inkişaf etdirməkdir. Məktəb Kiçik Akademiyanın tərkibi aşağıdakı kimidir: Prezident - Quliyeva Cəmilə Elnur (9”B”) I vitse prezident – Əliyeva Leyli Anar (8”C”) II vitse prezident – Fətullayeva Nuranə Akif (9”A”) Bölmə rəhbərləri: • Humanitar – Məlikzadə Əli Rüstəm (8”E”) • Təbiət – Hüseynli Aysel İlqar (9”B”) • Texniki – Abbaszadə Sənan Rüfət (9”B”) Humanitar sahə üzrə bölmə üzvləri: 1. Əsgərli Hüseyn Rəşid (8”E”) 2. Məmmədova Göyçək Çingiz (8”E”) 3. Mahmudova Sevil Qasım (8”E”) 4. Uğur Hüseyn Samir (8”E”) 5. Allahverdiyeva Əsmər Elşad (8”B”) 6. Mansurov Raul Rövşən (9”A”) 7. Talıbov Tural Rəhman (9”A”) 8. Mustafayeva Nərmin İsmayıl (9”Ç”) 9. Nəsibli Jalə Vasif (9”C”) 10. Əliyeva Sevinc Nail (9”C”) 11. Nəsirova Səidə İsmixan (10”Ç”) 12. Pirimzadə Laləxanım Vüqar (10”Ç”) 13. Məmmədova Lalə Çingiz (10”C”) Təbiət sahəsi üzrə bölmə üzvləri: 1. Əliyeva Çimnaz Yusif (8”Ə”) 2. İsrayılova Səmayə Məsud (8”Ç”) 3. Musayeva Ləman Bəxtiyar (8”Ç”) 4. Kərimova Ayişə Taleh (8”D”) 5. Cəfərov Nicat Eyyub (8”B”) 6. Abdullayev Fərid İlqar (8”İ”) 7. Abdullazadə İsmayıl Zəfər (9”D”) 8. Bəkirzadə Tural Nəsimi (10”C”) Texniki sahə üzrə bölmə üzvləri: 1. Baxşəliyeva Aysu Tələt (8”Ə”) 2. Musayev Cavid Barat (9”Ç”) 3. Şükürlü Seymur Nemət (9”B”)

Ətraflı
HAQQIMIZDA

      Məktəb 2007-ci ildə Azərbaycan Respublikası və Səudiyyə İnkişaf Fondunun vəsaiti hesabına tikilmişdir. Fəaliyyətə 37 sinif, 802 şagirdlə başlamış, hazırda 88 sinifdə 1989 şagird təhsil alır. Onlardan...

BİZİM FƏXRLƏRİMİZ

Ni̇cat Sərdarlı Dadaş oğlu

Aytac Yusifova İxdiyar

HAQQIMIZDA

      Məktəb 2007-ci ildə Azərbaycan Respublikası və Səudiyyə İnkişaf Fondunun vəsaiti hesabına tikilmişdir. Fəaliyyətə 37 sinif, 802 şagirdlə başlamış, hazırda 88 sinifdə 1989 şagird təhsil alır. Onlardan...

BİZİM FƏXRLƏRİMİZ

Ni̇cat Sərdarlı Dadaş oğlu

Aytac Yusifova İxdiyar

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi