HAQQIMIZDA

      Məktəb 2007-ci ildə Azərbaycan Respublikası və Səudiyyə İnkişaf Fondunun vəsaiti hesabına tikilmişdir. Fəaliyyətə 37 sinif, 802 şagirdlə başlamış, hazırda 88 sinifdə 1989 şagird təhsil alır. Onlardan 127 şagird məktəbəhazırlıq qruplarında təhsil alır. İkinövbəlidir, 5 günlük iş həftəsi ilə fəaliyyət göstərir.  Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin diaqnostik qiymətləndirilməsinin nəticələrinə görə 318 nömrəli məktəbin müəllimləri Suraxanı rayonu üzrə ən yüksək göstəricilərə nail olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2011-ci il tarixli 1581 № li sərəncamı ilə Bakı şəhəri 318 nömrəli tam orta məktəb 2010-2011-ci tədris ilində keçirilmiş “50 ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmuşdur. Məktəbin pedaqoji kollektivi təhsil sahəsində səmərəli fəaliyyətinə və rayonun ictimai həyatında fəal iştirak etdiyinə görə Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti tərəfindən Fəxri Fərmanla təltif olunmuşdur.

      Son illərin göstəricilərinə əsasən məktəb rəhbərliyi və müəllim kollektivinin səyi nəticəsində məktəbin ümumi müvəffəqiyyət faizi ildən-ilə artır. 2013-2014-cü tədris ilinin sonunda 10 məzun 300-400, 6 məzun 400-500, 7 məzun 500-600, 2 məzun isə 600-700 arası bal toplamışdır. Onlardan 6 nəfəri xarici ölkələrin universitetlərinə, 38 nəfəri Azərbaycanın Dövlət Universitetlərinə, 9-u isə özəl universitetlərə daxil olmuşdur. İlin müvəffəqiyyət faizi 62% olmuşdur. 2014-2015-ci tədris ilində 10 məzun 200-300, 11 məzun 300-400, 7 məzun 400-500, 7 məzun 500-600, 4 məzun isə 600-700 arası bal toplamışdır. İlin müvəffəqiyyət faizi 64,6% olmuşdur. 2015-2016-cı tədris ilində məktəbin 53 məzunu müxtəlif universitetlərə daxil olmuşdur. Həmin il 9 məzun 500-600, 6 məzun isə 600-700 arası bal toplayaraq tələbə adını qazanmışdır. İlin ümumi müvəffəqiyyət faizi 76, 8% olmuşdur. 2016-2017 - ci tədris ilində 56 şagird qəbul imtahanlarında yüksək bal toplayaraq dövlət universitetlərinə qəbul olmuşlar.

      Məktəb Təhsil Nazirinin 2015-ci il 8 iyun tarixli əmri ilə 2015-2016-cı dərs ilindən 10-11-ci siniflərdə tədrisin təmayüllər üzrə təşkil olunacağı təhsil müəssisələrinin siyahısına əlavə olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi