Məktəbdə Pedaqoji Şuranın iclası keçirildi

11 sentyabr 2025-ci il tarixində yeni tədris ilinin başlanması ilə əlaqədar 318 nömrəli tam orta məktəbdə Pedaqoji Şuranın iclası keçirildi. İclasda əvvəlcə məktəbin direktoru Əliqismət Səfərov müəllimləri salamladı və yeni dərs ili münasibəti ilə kollektivə uğurlar arzuladı. Daha sonra gündəlikdə duran məsələlər müzakirə olundu. Direktor məktəbin yeni tədris ili üçün planlarını, keçirilən monitorinqlərin nəticələrinin təhlilini, qarşıda duran vəzifələri, müəllim və şagirdlərin nizam- intizam qaydaları, dərsə davamiyyət, tədrisin keyfiyyətinin yüksəldilməsi, sinif rəhbərlərinin fəaliyyəti, valideynlərlə əməkdaşlıq və s.məsələlərin müzakirəsi ilə bağlı görüləcək işləri müəllimlərin diqqətinə çatdırdı.

İclasda direktor müavinlərinin hesabatları dinlənildi.

Sonra çıxış edən müəllimlər dərs ilinə hazırlıq, tədris prosesində istifadə ediləcək yeni metodlar, şagirdlərin təlim-tərbiyəsi və digər aktual mövzular ətrafında fikir mübadiləsi apardılar.

Sonda pedaqoji şura iclasının qərarları elan olundu və müəllim kollektivi qarşıda duran işlərin icrasında fəal iştirak edəcəyini bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi