9 noyabr - Dövlət Bayrağı günüdür

9 noyabr Azərbaycanda Dövlət Bayrağı günüdür. Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız - milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada  qəbul edilmiş və qaldırılmışdır.

Bu münasibətlə 318 nömrəli məktəbdə tədbirlər keçirilib. Tədbirlərdən biri 3 “E” sinfinin rəhbəri Ofelya Hacıyeva tərəfindən keçirilib. Tədbir Azərbaycanın himni ilə başlayıb, sonra Vətənlə bağlı, Bayraqla bağlı şeir, mahnı və rəqs nömrələri ilə davam etdirilib. Şagirdlərə Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında məlumat verilib. Sinif rəhbəri çıxış edərək Vətənimizin başı üzərində dalğalanan əzəmətli bayrağımızın tezliklə işğal olunmuş torpaqlarımızda dalğalanacağını bildirib. Daha sonra hərbi paltar geyinmiş şagirdlər Vətən haqqında mahnı ifa etmiş, xüsusi bayraq kompozisiyası nümayiş etmiş və bayrağımızın rəngləri haqqında şeirlər səsləndirmişlər.

Sinif rəhbəri şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında belə tədbirlərin böyük əhəmiyyəti olduğunu bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi