“Uşaq hüquqları aylığı” çərçivəsində silsilə tədbirlər keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə hər il ölkəmizdə 20 oktyabr - 20 noyabr tarixlərində ənənəvi olaraq Uşaq Hüquqları Aylığı elan edilir. Aylıq çərçivəsində 318 nömrəli tam orta məktəbdə uşaq hüquqları sahəsində “Uşaqlar bizim gələcəimizdir”, “Uşaq hüquqları əsas amildir”, “Uşaqlar və bu gün”, “Uşaq hüquqlarını qoruyaq”, “Məktəb və uşaq hüququ” adlı silsilə tədbirlər həyata keçirilib. Belə tədbirlərin keçirilməsində əsas məqsəd uşaqlara diqqətin daha da artırılmasından ibarətdir. Tədbirlərdə şagirdlərə uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə ətraflı məlumat verilib.

Tədbirlərdə məktəbin direktoru Elvin Səlimov, təlim-tərbiyə işləri üzrə direktor müavinləri Mürsəl Kazımov, Rəsmiyyə Hüseynova, Tutu Həmzəyeva, tərbiyə işləri üzrə direktor müavini Malik Mehbalıyev, məktəb psixoloqu Vəfa Əliyeva, məktəbin müəllim və şagird heyəti iştirak edib.

Aylıq çərçivəsində keçirilən tədbirlər ölkədə uşaq hüquqlarının təbliğinə, hüquq düşüncəsinin, hüquq mədəniyyətinin inkişaf etdirilməsinə, uşaq hüquqlarının müdafiəsinə və onların problemlərinin həllinə öz töhfəsini verəcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi