"Dəyirmi masa" keçirildi

24 may 2019-cu il tarixində 318 nömrəli tam orta məktəbdə böyük ədibimiz C. Məmmədquluzadənin 150 illiyi münasibəti ilə təşkil olunmuş “Dəyirmi masa” keçirildi. Tədbirdə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Səfərova Xəyalənin rəhbərliyi ilə 8 “Ə” sinif şagirdləri iştirak etdilər.

Öncə müəllim tərəfindən C. Məmmədquluzadə irsinə nəzər salındı. Sonra şagirdlər ədibin yaradıcılığı haqqında məlumat verdilər. “Poçt qutusu”, “Qurbanəli bəy”, “Usta Zeynal”, “İranda hüriyyət” və s. hekayələrinin müvzusu, ideyası haqqında fikir mübadiləsi aparıldı.

Qeyd olundu ki, C. Məmmədquluzadənin hekayələri hər zaman öz aktuallığını saxlayır, oxucuları tərəfindən sevilərək oxunur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi