Pedaqoji Şuranın növbəti iclası keçirildi

Mayın 4-də 318 nömrəli məktəbin Pedaqoji Şurasının növbəti iclası keçirildi. Gündəliyə çıxarılan məsələlər elan və təsdiq edildikdən sonra məktəbin direktoru Mürsəl Kazımov şagirdlərlə düzgün işin təşkili, sağlam mənəvi-psixoloji və təhlükəsiz mühitin təmin edilməsi, məktəb-ailə, məktəb-müəllim-şagird-valideyn münasibətləri haqqında danışdı. Bildirildi ki, müəllim tədris prosesini elə qurmalıdır ki, zəruri biliklər əldə etməklə yanaşı, şagirdlərdə  bacarıq və vərdişlər formalaşsın, onlar yüksək mədəniyyətə, mütərəqqi dünyagörüşə malik olan sosial şəxsiyyətlər kimi yetişsin. Məktəbin psixoloq, müəllim və sinif rəhbərlərinə məktəb-müəllim-şagird-valideyn münasibətlərini daha da inkişaf etdirilməsi, hər bir şagirdin inkişaf dinamikasının izlənilməsi tövsiyə olundu. İclasın sonunda direktor qarşıda duran məsələlər haqqında kollektivə ciddi tapşırıqlar verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi