IV Məntiq Olimpiadasının ilk turu keçirildi

Mayın 4-də Lütfi Zadə adına Məktəblilərarası IV Məntiq Olimpiadasının ilk turu-məktəbdaxili mərhələsi keçirildi. Bu olimpiadada 318 nömrəli məktəbin də V-VI sinif şagirdləri iştirak etdilər. Onlar 1 saat yarım vaxt ərzində 25 test sualını cavablandırdılar. Testlər bədii, mücərrəd və verbal məntiqi təfəkkür növlərinə aid olmuşdur.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə keçirilən olimpiadanın əsas məqsədi şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü ilə fərqlənən şagirdləri aşkara çıxarmaq, onların həvəsləndirilməsi və elmə olan marağının artırılmasından ibarətdir.

İlk turda uğur əldə edən məktəblilər olimpiadanın final mərhələsinə vəsiqə qazanacaqlar. Final mərhələsinin nəticələrinə əsasən, Bakı şəhəri üzrə ən yüksək məntiqi təfəkkür nümayiş etdirən məktəblilər mükafatlandırılacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi