“Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda bayram şənliyi

19 mart 2018-ci il tarixində Suraxanı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı münasibəti ilə ümumrayon bayram şənliyi keçirilmişdir.

Bayram şənliyində rayonun mədəniyyət ocaqlarının bədii özfəaliyyət kollektivləri xalqımızın adət-ənənələrini, qədim el sənətlərini nümayiş etdirdilər, "Kosa, Keçəl və Bahar qız" tamaşasını göstərdilər, rəngarəng konsert proqramı ilə çıxış etdilər.

Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək rayon sakinlərini Novruz bayramı münasibəti ilə tədbik etdi.

Bu şənliyə rəhbərlik və pedaqoji heyət ilə yanaşı 318 nömrəli məktəbin “Fidan” rəqs qrupu da qatıldı. Milli geyimdə olan şagirdlər baharı, vətəni tərənnüm edən mahnıların sədası altında rəqs edərək, bayram mərasiminin iştirakçılarında xoş ovqat yaratdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi