Novruz bayramı təbrikləri

Milli bayramımız olan Novruzun gəlişi ilə əlaqədar məktəbdə bir sıra tədbirlər keçirildi. Əl işlərindən ibarət müsabiqə, novruz şənliyi, milli bayramımız haqqında keçirilən sinif təşkilat saatları və s. Bu tədbirlərdə məktəbin pedaqoji heyəti və şagirdlər fəal iştirak etdilər.

Məktəbin direktoru Mürsəl Kazımov pedaqoji heyəti Novruz bayramı münasibəti ilə təbrik etdi.  Onlara xoş arzularını bildirərək fəaliyyətlərində uğurlar arzuladı. Bununla yanaşı o, öz fəaliyyəti ilə fərqlənmiş müəllimləri pul mükafatları və Fəxri Fərmanla təltif etdi.

Novruzun atributları olan keçəl və kosa da tədbirdə iştirak edərək iştirakçılara şən ovqat bəxş etdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi