İdman sahəsi üzrə qələbə

Martın 9-u və 10-da keçirilmiş 31 Mart Azərbaycanlıların soyqırım gününə həsr olunmuş FREE FİGHTİNG (sərbəst döyüş) üzrə Azərbaycan Çempionatında məktəbin 9”E” sinif şagirdi Qasımov Elçin iştirak etmiş və bu görüşdə II yer tutmuşdur.

Elçinin idman sahəsi üzrə digər qələbələri də olmuşdur. O, 2017-ci ildə Azərbaycanın FREE FİGHTİHG Assosiasiyasının təşkil etdiyi uşaq, yeniyetmə və gənclərdən ibarət klublararası yoxlama turnirində II yer, 2018-ci ildə 26 Fevral Xocalı soyqırımına həsr olunmuş tayboks üzrə Bakı şəhər açıq turnirində I yer, Muay-tay idman növü üzrə respublika turnirində II yer, “Kikboksinq” üzrə Bakı şəhər açıq turnirində I yer, 2019-cu ildə 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş Evrasiya Çempionatında II yer qazanmış, diplom və medallarla təltif olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi