İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş tədbir keçirildi

2019-cu ildə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Prezident İlham Əliyev yanvarın 11-də 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsi haqqında Sərəncam imzalayıb.
Bu əlamətdar hadisə ilə bağlı 318 nömrəli məktəb kitabxanasında kitabxana müdiri Almaz Rüstəmova və Azərbaycan dili və ədəbiyyat müəllimi Samirə İsmayılzadənin rəhbərliyi ilə İmadəddin Nəsiminin xatirəsinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə şairin əsərlərinin oxusu və müzakirəsi aparıldı. Müzakirədə iştirak edən şagirdlər İmadəddin Nəsimi yaradıcılığından danışdılar və əsərlərindən kompozisiyalar nümayiş etdirdilər.
İmadəddin Nəsiminin adı həqiqət naminə, fikir azadlığı yolunda qəhrəmanlığın rəmzi kimi əbədiləşib, əsrlərdən bəri Şərq xalqlarının yaddaşında yaşamaqdadır.