İbtidai siniflərdə Xocalı faciəsi anıldı

 

Bu gün 26 fevral Xocalı soyqırımı günüdür. Bu qanlı aksiyada 613 nəfər dinc azərbaycanlı sakini qətlə yetirilmiş, 1275 nəfər girov götürülmüşdür. Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciəsi olmuşdur.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində, o cümlədən, 318 nömrəli tam orta məktəbdə  ilk dərslər Xocalı soyqırımına həsr edilmişdir.

Məktəbdə keçirilən tədbirlə yanaşı siniflərdə də Xocalı faciəsi anılmışdır. 2 “D” və 2 “Ə” siniflərində Nuranə Əsədova və Surat Əliyevanın rəhbərliyi ilə sinifdaxili tədbirlər keçirilmişdir. Tədbirdə şagirdlər dərin kədər hissi ilə şeirlər söyləmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi