Bayram təbrikləri

28 dekabr - 2018-ci tədris ilinin son günü. Hər bir təhsil müəssisəsində olduğu kimi 318 nömrəli məktəbdə də bayram tədbirləri keçirildi. 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə məktəb rəhbərliyinin, pedaqoji heyətin və bu il təhsil və yaradıcılıq işlərində uğurlar qazanmış şagirdlərin iştirakı ilə keçirilən tədbir yüksək əhval-ruhiyyə ilə keçdi. Məktəbin direktoru Mürsəl Kazımov iştirakçıları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə təbrik edərək, xoş arzularını bildirdi. Bununla yanaşı o, öz fəaliyyəti ilə fərqlənmiş müəllimləri, şagirdləri, laborantları və xadimələri pul mükafatları və Fəxri Fərmanla təltif etdi.
Tədbirə gələn Şaxta baba və Qar qız öz rəqsləri ilə tədbirə şən ovqat bəxş etdilər.