Monitorinq keçirildi

Bu gün Bakı şəhərinin ümumi təhsil müəssisələrində Bakı Şəhəri Təhsil İdarəsi tərəfindən monitorinq keçirildi. BŞTİ tərəfindən keçirilən monitorinqin əsas məqsədi şagirdlərin təlim nəticələrini təhlil etmək, bu istiqamətdə müvafiq tədbirlər görmək, buraxılış fənləri üzrə keyfiyyəti artırmaq, məktəb özünüqiymətləndirməsini formalaşdırmaq və onun tətbiqi üçün zəmin yaratmaqdan ibarətdir.

318 nömrəli tam orta məktəbdə də II, IV, VI və VIII sinif şagirdləri monitorinqdə iştirak etdilər. Monitorinq zamanı şagirdlərin təlim dili, riyaziyyat, xarici dil fənləri üzrə müvafiq bilikləri yoxlanıldı. Monitorinqin nəticələrinin yaxın günlərdə açıqlanması nəzərdə tutulmuşdur.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi